Pasiyentlərimizin rəyləri

Həsən Əli (bodibilder)

Dostumun məsləhəti ilə doktor Turalın yanına gəlmişəm. İdmanla məşğul olduğum üçün gün ərzində əzələ ağrısı və əzələdə sıxlıq, gərginlik hiss edirdim. Hal-hazırda bir neçə seans olub və mən artıq özümü daha rahat hiss edirəm. Doktor Tural Məhərrəmov və komandasına minnətdaram!

Kazımova Ülviyyə (pianinoçu)

Mən oturaq işlə məşğul olduğum üçün son zamanlar boyun əzələlərimdə gərginlik və ağrı olurdu. Doktor Turala müraciət etdim və bir neçə seans müalicə götürdüm. Demək olar ki, ilk seanslarda boynumda olan hərəkət məhdudiyyətindən azad oldum. Doktorun hər bir pasiyentinə individual yanaşması diqqətə layiqdir.

Sabir Kazımov (bodibilder)

Doktor Turalın sayəsində məşqlərim ağrısız keçir.

Osman Çolak (iş adamı)

Bir arkadaşım sırt ve boyun ağrılarım için doktor Tural Maharramovu tavsiye etdi. Bende bir randevu alıp, kendisiyle görüştüm. Bir az tedirgindim, yalan yok!! Sonuçta her kes tedavi için Türkiyeye geliyordu. Ben ise kardeş ülke Azerbaycana geldim. Sağ olsun, doktor Tural ile görüştüm. Kendisi bölümünde çok profosyonel (Fransada eğitim almış) güler yüzlü, ilgi ve alakalı tam bir beyefendi. Yaklaşık 5 seans tedavi uyguladı. Çok memnun kaldım. Eline, koluna sağlık! Her kese tavsiye ederim🙂

Səidə Mirzəyeva

Dr. Turalın yanında bacım müalicə alıb yaxşılaşandan sonra mən də skaliozdan və kifozdan əziyyət çəkdiyimə görə, işim oturaq vəziyyətdə olduğuna görə və fiziki işim olduğu üçün şiddətli ağrılarım var idi. Müalicəm artıq bir neçə aydır davam edir və mən işlərimi artıq azad görə bilirəm.Düşünürəm ki, bitdikdən sonra ağrılarım tam şəkildə bitəcək və kifozdan artıq əziyyət çəkməyəcəm. Gülərüz kollektivə və Tural bəyə sonsuz təşəkkürlər!!!

İlkin Aliquyev (iş adamı)

Salam, dostlar! Mən - İlkin Aliquyev. 2020-ci il yanvarın əvvəli bel nahiyəsindən kəsici ağrılar, çanağın buraxılması kimi ağrılar hiss etməyə başladım. MRT etdikdən sonra bəlli oldu ki, belimdə L5-S1 fəqərələrində 4,7 mm. yırtıq var. Yırtıq kiçik olsa da ağrıları sərt idi. Aprel ayına qədər 4 ay ərzində 2 sınıqçı, 1 nevropotoloq və özəl reabilitasiya mərkəzində müalicə almağıma baxmayaraq, irəliləyiş olmadı. Əksinə, ağrılarım daha da pis oldu. 4 ay ərzində YouTube-da bel yırtığını araşdırdım və fərqli effektiv müalicə metodları gördüm. Bu metodları Koreya, Almaniya və Fransada tətbiq edirlər. Bir gün instagramda doktor Tural Məhərrəmovun müalicə metodlarını gördüm və biləndə ki, dr. Tural Fransada tibbi təhsil alıb, çox ümidləndim. Klinikaya müraciət etdim. Müalicənin 1-ci ayının sonunda mən artıq normal həyatıma dönməyə başladım. Bir sözlə, bütün sümük, əzələ, müxtəlif baş ağrıları kimi narahatlıqları olan dostlarımıza doktor Turala müraciət etməklərini məsləhət görürəm.

Xanım Əliyeva

Uzun müddətli baş və boyun ağrıları, yüksək təzyiqdən xilas olmama səbəbkar olan doktor, Tural. Şəfa verən əlləriniz var olsun.

Sənan Quluzadə (şirkət rəhbəri)

Dr. Turala yaxınımın məsləhəti ilə gəlmişəm. Şiddətli bel və boyun ağrılarından əziyyət çəkirdim. Müalicəm hazırda davam edir və çox yaxşı geri dönüşlər alıram. Ağrılarım azalıb və azalmağa da davam edir. Bakı Manual Terapiya komandası və Tural bəy, təşəkkürlər!!!

Natiq Veyselli

Mən artıq neçə illərdir ki, boyun ağrılarından əziyyət çəkirəm. Bir çox həkimin qəbulunda olmuşam və müvəqqəti olaraq köməkçi olublar. Qısa müddətdən sonra ağrı bərpa olunub. Tural doktoru dostum məsləhət gördü, sağ olsun ki, məsləhət gördü. Çünki, bir neçə prosedurdan sonra boynumda ağrılarım kəskin azaldı. Hər kəsə tövsiyyə edirəm.