Manual Terapiya nədir

Manual terapiya - qədim zamanlardan insanlara məlum olan unikal müalicə metodudur. Hətta min il bundan əvvəl bel və oynaqları sağalda bilən təbiblər yaşayırdılar. Tibb elminin banilərindən biri olan Hippokrat isə 2500 il bundan əvvəl manual terapiyanı qiymətləndirib, çox dəqiq xarakterizə etmişdi.


Müasir dövrdə bir çox inkişaf etmiş ölkədə bu müalicə effektiv üsullardan biri kimi tətbiq edilməkdədir. Tibbin əldə etdiyi naliyyətlər qədim dövrlərdən gələn təcrübə ilə birləşərək illərlə sürən ağrıları qısa zamanda azltmağa imkan yaradır.

Manual terapevt Tural Məhərrəmovun rəhbərlik etdiyi Bakı Manual Terapiya Mərkəzi manual terapiyanın bütün yeniliklərini özündə ehtiva edir. Kompleks şəkildə aparılan müalicə metodikasıyla illərlə sürən xəstəliklər sağaldılır. Yaxud da uzunmüddətli yaxşılaşma dövrü əldə olunur.