Akupunktur (iynə batırma)

2500 il əvvəlinə qədər tarixi keçmiş olan akupunktur müalicəsinin vətəninin Çin olduğu söylənilir. Akupunktur sözünün mənası : “acus” iynə və “punctura” batırma kəlimələrindən meydana gəlib “iynə batırmayla müalicə” deməkdir. Uzaq şərq mənşəli olan bu müalicə steril ( mikrobsuz ) iynələrin dəriyə batırılmasıyla icra olunan bir qədimi müalicə metodudur. Akupunktur – metal iynələrin təsiri və ya yandırma yolu ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsirlə aparılan müalicə metodudur. Bu üsul – bir çox xəstəliklərin müalicəsinin effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir.

Bu gün artıq Çindən əlavə, Avropa, Amerika və Rusiyada bir çox tədqiqat institutları yaradılıb. Onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq edirlər. Çin tarixin yazılı dövründən çox qədimlərə söykəndiyi irəli sürülür. İynələrin istismarından çox əvvəl bian deyilən iti kənarlı daşların istifadə edilməkdə olduğu Xan Hanedanlığı dövründə qələmə alınmış olan “Shuo Ven Jie Za” adlı kitabda ifadə edilir. Zamanla bian daşlarının yerinə sümük və ya Bambukdan edilən iynələr istifadə edilməyə başlanmışdır. Akupunktur – fiziki, psixiki və emosional pozğunluq və xəstəliklərin müalicəsində istifadə olunan təbii yanaşmadır.

İynə batmasının akupunktura nöqtələrinə təsiri:

İnsan bədənində 664 nöqtə var. Həkim bu nöqtələr arasında seçimi xəstəliyin xüsusiyyətinə görə edir. Bu aktiv nöqtələr dərinin digər yerlərindən öz yüksək səviyyəli mübadilə prosesi, daha yüksək ağrı hissiyatı, daha yüksək elektrik potensial və elektrikə az müqaviməti olması ilə seçilirlər. Akupunktur üçün bir dəfəlik steril iynələr istifadə olunur. Akupunkturanın ayrılmaz hissəsi olan nəbz diaqnostikasına sayəsində - xəstəliyin əmələ gəlməsini orqanizmdə yayılmasını və əlamətlərini izləmək mümkündür. Bu müalicə növünə adətən, dərman terapiyası kömək etmədikdə və ya zəif etdikdə əl atılır. Adətən, bu sümük, oynaq, periferik sinirlər, məhz miqren, artroz, nevralqiya və artitonevritlərə aid edilir. Həmçinin bu üsul mərkəz sinir sistemi pozulmalarında, impotensiyanın müalicəsində, depressiya və arıqlamaq üçün istifadə olunur.

Son illərdə aparılan elmi tədqiqatlar, akupunktur müalicəsini tibbi olaraq araşdıraraq insan orqanizmində bir çox xəstəliklərin müalicəsində əvəzsiz əhəmiyyəti olduğunu qeyd etmişlər.

Akupunkturanın vücuda yardımçı olduğu faydaları bunlardır:

1. Periferik və mərkəzi sinir sistemini və buna bağlı olan əzələ sistemini elektronik şoklarla qıcıqlandıraraq sinirlərə və əzələlərə aktivitlik və canlılıq qazandırır.

2. Beyin ilə orqanlar arasındakı əlaqəni təmin edən sinir sistemindəki əlaqələrdəki disfunksiyanı aradan götürərək orqanların normal işləməsini təmin edir.

3. Orqanların hüceyrələrindəki enerji balansını tənzimləyərək daxili orqanların normal işləməsini təmin edir.

4. Vibrasiya təsiri ilə gərginləşmiş əzələləri boşaldaraq sıxışmış olan sinir və damarları sərbəstləşdirir.

5. Motor sinir sisteminə tətbiq edildiyində, əzələlərdə meydana gələn gərginliklə əlaqədar olaraq sıxılan damarlar genişlənərək, toxumaların qan dövranını artırır.

6. Sinir sistemiylə əlaqədar əzələlərin yığılıb boşalmasıyla, damarlar üzərinə pompa təsiri yaradaraq qan dövranını sürətləndirir.

7. Akupunktura nöqtələri, eyni zamanda vücudun təmir və nəzarət servisi durumunda olan endorfin, histamin kimi maddələri ifraz edən mərkəzlərin yerləşdiyi bölgələrdə olduğu üçün bu nöqtələrin elektronik şoklarla stimulyasiyası həmin mərkəzlərin mediatorların ifrazını sürətləndirir vəvücudun öz özünün bərpasını, müalicəsini rahatlaşdırır.

8. Vücud ağrıkəsici maddələri özü ifraz edərək öz özünün ağrısını kəsmə imkanına sahib olduğu üçün elektronik şoklar ağrıyan bölgədə bu mediatorların ifrazını artıraraq ağrının qısa zamanda kəsilməsini təmin edir.

9. Ağrıkəsici dərmanlar kimi vücudun hər yerini uyuşturmaz. Sadəcə ağrıyan bölgənin ağrısını kəsər.

Boyun fəqərəarası disk yırtığında, osteoxondrozda akupuntur əsasən aşağıdakı təsirləri göstərir:

1. Ağrını götürür.

2. Əzələni kövşətir.

3. Ödemi azaldır.

4. Psixoloji rahatlıq verir.